Abdullahian Lavrovla danışıqlar apardı

 19:50 18.07.2023     210

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı Sergey Lavrovla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Hər iki tərəfi maraqlandıran bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan beynəlxalq hüququn əsas prinsiplərinə sadiq olduqlarını, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayıblar.