Kolumbiyada torpaq sürüşməsi nəticəsində 10 nəfər öldü

 20:53 18.07.2023     370

Kolumbiyanın Quetame qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər yaralanıb, 20 nəfər itkin düşüb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, həyatını itirənlər arasında 6-10 yaş arası 3 uşağın da olduğunu qeyd edilib.

Sürüşmə nəticəsində 20 ev dağılıb, ərazidəki körpülərə, avtomobillərə və yollara ciddi ziyan dəyib.

Kolumbiya Prezidenti Qustavo Petro hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Vumart və Güvən reklamı Vumart Güvən