Ərdoğan Qətər əmiri ilə görüşdü

 22:59 18.07.2023     283

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətində rəsmi səfərdədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ərdoğanın Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən rəsmi qarşılanma mərasimi olub. İki ölkənin dövlət himnləri səsləndirilib.

İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Al Tani təkbətək görüşüblər.