İlon Maskdan ABŞ-ın Ukraynaya yeni yardım paketinə reaksiya

 23:09 18.07.2023     259

ABŞ hakimiyyəti Ukraynaya ayrılan yardımın necə xərcləndiyini ictimaiyyətə açıqlamalıdır.

Redaktor.az xəbər verir ki, bunu amerikalı iş adamı və milyarder İlon Mask tviterdə yazıb.

Onun fikrincə, ABŞ vətəndaşlarının bu barədə heç bir təsəvvürü yoxdur.

"Yaxşı olardı ki, ictimaiyyətin heç olmasa vəsaitlərin necə xərcləndiyi barədə bir təsəvvürü olsun”, - Mask bildirib.

Qeyd edək ki, Vaşinqton Kiyevə 1,3 milyard dollarlıq növbəti hərbi yardım paketi ayıracaq.

Turan İSMAYIL