ABŞ İranla müharibəyə hazırlıq xəbərlərini təkzib etdi
ABŞ aviadaşıyıcısının və qırıcılarının Hörmüz boğazına göndərilməsi İranla müharibəyə hazırlıqla bağlı deyil.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Biz İranı qlobal neft tədarükünün təxminən 20%-nin keçdiyi bu kritik vaxtda dəniz yolu ilə sərbəst ticarəti təhdid edən sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq" deyə bildirilib.
Miller, ABŞ-ın bölgədəki hərbi varlığının artmasının səbəbini davam edən təhdidlərlə əlaqələndirib. O, bunun Vaşinqtonun müttəfiqləri ilə koordinasiyada həyata keçirildiyini də vurğulayıb.
Bundan əvvəl Pentaqon sözçüsü ABŞ-nin F-16 və F-35 qırıcılarını, həmçinin USS Thomas Hudne qırıcısını Hörmüz boğazına göndərəcəyini açıqlamışdı.
Qırıcıların boğazda qalma müddəti müəyyən edilməyib.