Ukrayna hərbçiləri Xersonda 3 rus PUA-sını məhv etdi

 23:48 18.07.2023     284

Ukrayna Silahlı Qüvvələri bu gün Xerson vilayətində Rusiyanın 3 pilotsuz təyyarəsini məhv edib.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə  "Cənub" Hərbi Hava Komandanlığı məlumat yayıb.

"2023-cü il iyulun 18-də Rusiyanın 3 pilotsuz uçuş aparatı məhv edilib", - məlumatda deyilir.

Qeyd olunur ki, bunu Xerson zenit-raket briqadasının əsgərləri edib.

Hərbçilər 1 Merlin-VR kəşfiyyat PUA və 2 Lancet zərbə PUA-nı məhv etməyə müvəffəq olub.

Turan İSMAYIL