Krımda hərbi poliqon yanır

 09:40 19.07.2023     281

Ukraynanın Rusiya işğalı altındakı Krım bölgəsində  hərbi poliqonda yanğın baş verib. 

Redaktor.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, yanan poliqonun yaxınlığında yerləşən 4 yaşayış məntəqəsindən 2000-dən çox insanın təxliyəsi planlaşdırılıb.  

Humay İSGƏNDƏRLİ