Ukraynanın beş bölgəsində tufan xəbərdarlığı elan edildi

 10:00 19.07.2023     233

Bu gün Ukraynanın qərbində tufan baş verəcək.

Redaktor.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ölkənin qərbində təhlükəli hava gözlənilir. Lvov, Ternopil, İvano-Frankivsk, Zakarpatya və Çernivtsi vilayətlərində birinci səviyyəli təhlükə elan edilib.

Humay İSGƏNDƏRLİ