Şimali Koreya bu səhər 2 ballistik raket atdı - Yaponiyadan ETİRAZ

 10:05 19.07.2023     238

Yaponiya hökuməti Şimali Koreyanın bu səhər iki ballistik raket atmasından sonra Pxenyan rəhbərliyinə etiraz notası verildiyini bildirib.

Redaktor.az "Anadolu" agentliyinə isitnadən xəbər verir ki, Yaponiya müdafiə naziri Hamada Yasukazu açıqlamasında bu səhər Şimali Koreyanın atdığı ballistik raketlərin hər birinin havada maksimum 600 kilometr məsafə qət etdiyini və 50 kilometr yüksəkliyə çata biləcəyini açıqlayıb.

Şimali Koreyaya diplomatik yollarla etiraz notası verildiyini qeyd edən Hamada, raketlərin düşdüyü bölgədə hərəkət edən hava və dəniz elementlərində hər hansı zərərin aşkar edilmədiyini bildirib.

Humay İSGƏNDƏRLİ