Avstraliya sahillərində sirli metal silindir tapıldı

 10:24 19.07.2023     277

Avstraliyanın Jurien Bay şəhərindən bir qədər aralıda sahildə sirli metal silindir aşkar edilib.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Yerli mediada onun mənşəyi ilə bağlı müxtəlif fərziyyələr səsləndirilsə də, ölkə hakimiyyəti obyektin kosmik əşya olduğu qənaətindədir. Silindirin xarici daşıyıcı raketin bir hissəsi olduğu hesab edilir.

Humay İSGƏNDƏRLİ