Kəbənin örtüyü dəyişdirildi

 10:45 19.07.2023     343

Hər il olduğu kimi, bu il də Kəbənin köhnə örtüyü sökülərək yerinə yenisi qoyulub.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi "SPA"nın məlumatına görə, dəyişdirmə Kəbənin imamı Sudeysinin rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib.

Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində 120 kiloqram qızıl və 100 kiloqram motiv xətlər üçün gümüşdən ibarətdir.

Ənənəvi olaraq, Kəbənin örtüyü hər hicri ilinin birinci günü dəyişdirilir.

Humay İSGƏNDƏRLİ