Yoxa çıxan dənizçi iki aydan sonra sağ tapıldı
Avstraliyalı dənizçi Tim Şaddok və iti Bella yolunu azaraq, dənizdə 2 ay qaldıqdan sonra quruya çıxıb.
Redaktor.az xəbər verir ki, Sidney sakini 51 yaşlı Şeddok iti ilə aprel ayında Meksikadan Fransa Polineziyasına yola düşüb, lakin bir neçə həftə sonra fırtına qayığını zədələyib.
Dənizçi və iti çiy tuna balığı yeməklə və yağış suyu içməklə həyatda qalıb. Bu həftə helikopterdən görüldükdən sonra onlar xilas edilib (trend).