CZN Burak atası ilə məhkəməlik oldu
Türkiyəli məşhur aşpaz CZN Burak (Burak Özdemir) atası ilə qalmaqal yaşayır.
Redaktor.az “Yeni Şafak”a istinadən xəbər verir ki, atası tərəfindən ad haqlarının satıldığını öyrənən CZN Burak məhkəməyə üz tutub.
Çağlayan Ədliyyəsində baş tutacaq ilk iclas sentyabr ayına təyin olunub.
Aldadıldığını iddia edən Burak öz ad və fotosonun məkanlardan çıxarılmasını tələb edir.
O, instaqramda bildirib ki, İstanbulda Vadi İstanbuldan başqa bir şöbəsi yoxdur: “Xahiş edirəm, adımdan, şəklimdən istifadə edən oğrulara etibar etməyin”.