Polşada qatarları partlatmağı planlaşdıran rus casus şəbəkəsi ifşa edildi
Polşada Ukraynaya silah və humanitar yardım daşıyan qatarlara qarşı dəmir yollarında təxribat planlaşdıran rus casus şəbəkəsi ifşa edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta Polska” məlumat yayıb.
Qeyd edək ki, bu yaxınlarda Polşada ölkədəki hərbi obyektlər və dəniz limanlarını izləyən rus casusları saxlanılıb. Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminskinin sözlərinə görə, casus şəbəkəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılanlar 15 nəfər olub.
Rus casuslarının ilk həbsləri martın ortalarında olub. Dəmir yollarında və ölkənin kritik infrastruktur yerlərində yüksək xəbərdarlıq rejimi tətbiq edilib.