Rusiyadan ABŞ-ın Qırğızıstana sanksiya qoymaq ehtimalına reaksiya

 14:52 19.07.2023     278

Moskva Bişkeklə münasibətləri yüksək qiymətləndirir və onları daha da inkişaf etdirmək niyyətindədir.

Redeaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Daha əvvəl “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, ABŞ Rusiyaya iddia edilən texnoloji və hərbi təchizatlara cavab olaraq bu həftə Qırğızıstana məhdudiyyətlər qoya bilər.

"Biz həm Qırğızıstanla yüksək qiymətləndirdiyimiz ikitərəfli münasibətlərimizi, həm də birgə inteqrasiyamızın bütün formatlarını daha da inkişaf etdirmək niyyətindəyik", - Kremlin sözçüsü Moskvanın Bişkeklə ticarət-iqtisadi əlaqələr üçün risk görüb-görməməsi ilə bağlı suala cavabında bildirib.

O, Qırğızıstanın Rusiya üçün yaxın tərəfdaş və müttəfiq olduğuna diqqət çəkib. Bundan əlavə, ölkələri Avrasiya İqtisadi İttifaqı çərçivəsində “çox inkişaf etmiş inteqrasiya proseslərində iştirak” birləşdirir.

"Bu, Qırğızıstanın özünə böyük fayda gətirən inteqrasiyanın özüdür. Təbii ki, Qırğızıstan iqtisadiyyatı bu inteqrasiya prosesinin gələcək inkişafından benefisiardır", - Peskov bildirib.

Turan İSMAYIL