Macarıstan Ukraynaya kasetli bomba göndərməməyə çağırdı

 15:03 19.07.2023     301

Macarıstan ukraynalıların qurbanlarının və iztirablarının çoxalmaması üçün Ukraynaya kaset sursatları göndərməməyə çağırır. 

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto Yəməndən olan həmkarı ilə Budapeştdə keçirdiyi görüşdən sonra mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

“Kaset sursatlarının istifadəsi faciəvi humanitar nəticələrə səbəb ola bilər. Biz hər kəsdən kaset bombaları və hər hansı digər silahlar əvəzinə qonşu ölkəyə sülh gətirmək və insan həyatını xilas etmək üçün tədbirlər görməyə çağırırıq”, - deyə Sijarto bildirib.

Onun sözlərinə görə, Ukraynanı silahla təmin edən dövlətlər “daha ​​çox qurban və daha çox ailənin iztirablarına” görə məsuliyyəti öz üzərinə götürürlər.

Turan İSMAYIL