ABŞ-ın "Abrams" tankı Avstraliyada qəzaya uğradı

 18:47 19.07.2023     255

Avstraliyanın Kvinslend ştatında ABŞ-ın “Abrams” tankı avtomobillərin sıx olduğu şossedə qəzaya uğrayıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Redaktor.az "EADaily" istinadla xəbər verir ki, bundan əlavə, qəza nəticəsində baş verən yanğını söndürmək üçün hadisə yerinə 12-dən çox təcili yardım maşını gəlib.

Avstraliyanın Müdafiə Nazirliyi Amerika tankının qəzaya uğradığını təsdiqləyib.

Turan İSMAYIL