ABŞ təşkilatı Rusiyada arzuolunmaz elan edildi

 19:17 19.07.2023     273

Amerika qeyri-hökumət təşkilatı "Altay Layihəsi" Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin müvafiq reyestrinə əsasən Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən QHT-lərin siyahısına daxil edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bundan əvvəl Rusiya Federasiyasının Baş Prokurorluğu “The Altai Project”in fəaliyyətini Rusiyada arzuolunmaz hesab edib.

Nazirliyin məlumatına görə, təşkilat onun direktoru, ABŞ vətəndaşı Cennifer Kastnerin adından idarə olunur və təşkilatın işinin əsas istiqaməti "Sibirin Gücü-2" qaz kəmərinin tikintisini sabotaj etməkdir. Bildirilib ki, təşkilat təbiətin qorunmasını rəsmi şəkildə müdafiə edərək, Rusiya Federasiyasının daxili işlərinə qarışır, bu isə Rusiyanın iqtisadi sahədə təhlükəsizliyinə zərər verə bilər.

Turan İSMAYIL