Paşinyan rusiyalı həmkarı ilə müzakirələr apardı

 19:21 19.07.2023     241

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiyanın baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, həmsöhbətlər Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyini və cari proqramlarını müzakirə ediblər.

Hökumət rəhbərləri Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini də müzakirə ediblər.

Turan İSMAYIL