Ərdoğan BƏƏ Prezidenti ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində bu ölkənin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə təkbətək görüşüb.
Redaktor.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Bildirilib ki, “El Vətən” sarayında keçirilən görüş mətbuata qapalı olub.
Daha sonra Türkiyə Prezidenti vəliəhd şahzadə Salmanla görüşüb. Tərəflər infrastruktur, tikinti, mühəndislik, müdafiə və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdən sonra onlar mətbuata birgə bəyanatla çıxış ediblər.