İranın şimalında zəlzələ baş verdi
İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 93,5 min nəfər əhalisi olan Behşəhr şəhərindən 26 km şimal-şərqdə yerləşib.
Həlak olanlar və dağıntılar barədə məlumat daxil olmayıb.