Çikaqo birjasında buğdanın qiyməti artdı

 21:01 19.07.2023     241

Çikaqo Əmtəə Birjasında buğdanın sentyabr fyuçerslərinin dəyəri 8%-dən çox artıb.

Redaktor.az xəbər verir ki, birjanın məlumatına görə, Bakı vaxtı ilə saat 19.30-da buğdanın qiyməti 8,2% artaraq 7,30 dollar/buşelə yüksəlib.

2023-cü ilin dekabr ayı üçün qarğıdalı fyuçersləri isə 4,21% artaraq buşeli 5,57 dollara çatıb.