Finlandiya əmək miqrasiyası axınını artırmağı planlaşdırır

 21:34 19.07.2023     236

Finlandiya hər il 15 min əcnəbi tələbə cəlb etməyə və əmək miqrasiyası axınını ildə 30 min nəfərə çatdırmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, Şimali Avropa ölkəsi bu göstəricilərə artıq cari onilliyin sonuna qədər nail olmağı planlaşdırır.

Hazırda Finlandiya ölkədə davam edən əhalinin qocalma prosesi ilə əlaqədar ciddi çətinliklərlə üzləşir, bütün əsas proqnozlar ölkənin əmək bazarına qoşulmaq istəyən gəncləri ölkəyə cəlb etməyin zəruriliyini göstərir. İqtisadiyyatın bir çox sektorlarında açılmış vakansiyalara əcnəbiləri cəlb etmək üçün Finlandiya yeni ixtisaslı miqrasiya proqramını işləyib hazırlayır ki, onun çərçivəsində işçi gücünün hətta böyük və inkişaf etmiş dünya ölkələrindən cəlb edilməsi planlaşdırılır.

Bu gün Finlandiyada çoxlu sayda yüksək texnoloji şirkətlər fəaliyyət göstərir, onlara kibertəhlükəsizlik, süni intellekt, kvant texnologiyaları, səhiyyə, biotexnologiyalar və yeni materialların işlənib hazırlanması sahəsində əməkdaşlar tələb olunur.