Polşa Ukraynaya bütün MiQ-29 təyyarələrini verə bilər - Səfir

 22:22 19.07.2023     299

"İndiyə qədər Ukraynaya 10 MiQ-29 təhvil verilib, lakin ola bilsin ki, Polşa qalanlarını - hələ də xidmətdə olan 20-yə yaxın bu tipli təyyarəni təhvil versin".

Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukraynanın Polşadakı səfiri Vasili Zvariç deyib.

Onun sözlərinə görə, çox güman ki, bu, Qərb ölkələrindən təyyarələr Polşaya gəlməyə başlayandan sonra baş verəcək.

"Bu proses artıq başlayıb (Polşa Cənubi Koreyadan ilk FA-50 qırıcılarını alıb - red.). Hazırda Polşa F-16-da ukraynalı pilotların təliminə başlamağa hazır olduqlarını bəyan edən 11 ölkə sırasındadır", - səfir qeyd edib.

Turan İSMAYIL