ABŞ biznesi dəstəkləmək üçün Ukraynaya 230 milyon dollar ayıracaq

 22:42 19.07.2023     261

ABŞ Ukraynada iqtisadiyyat və biznesin dəstəklənməsi üçün bu ölkəyə 230 milyon dollar ayırmağa qərar verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer deyib.

"ABŞ Ukrayna biznesi üçün yeni resurslara 230 milyon dollar sərmayə qoymaq üçün Konqres ilə işləyəcək", - Pauer Kiyevdə çıxışı zamanı deyib.

Bildirilir ki, vəsaitlər suvarma sistemləri, taxıl elevatorları, yük daşıma məntəqələri, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsinə davam etmək üçün ayrılacaq.

Turan İSMAYIL