Bu ölkələr Ukraynaya zirehli texnikalar göndərir

 23:17 19.07.2023     311

Niderland, Belçika və Lüksemburq Ukraynaya M113 zirehli texnikası verəcək.

Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren özünün tviter hesabında məlumat verib.

“Yaxın vaxtlarda təmir edilmiş M113 zirehli texnikasını Ukraynaya göndərəcəyik. Xüsusilə bu zirehli tırtıllı maşın hərbçilərin təhlükəsiz daşınmasına kömək edir. Yerdəki piyadaları belə dəstəkləyirik”, - Ollonqren yazıb.

O əlavə edib ki, Niderland bu məsələdə Belçika və Lüksemburqla sıx əməkdaşlıq edir.

Ukrinform xəbər verir ki, Hollandiya Ukraynaya yardım üçün 118 milyon avrodan çox vəsait ayırır.

Turan İSMAYIL