Avropa istidən qovrulur: İtaliya, Yunanıstan və İspaniyadan FOTOLAR

 23:55 19.07.2023     773

Avropaya anormal istilər gəlib. Artıq bu həftə cənub ölkələrində havanın temperaturu 40 dərəcəyə çatıb. Proqnozlara görə, temperatur 50-yə yüksələcək.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, Avropa qitəsində belə hava şəraiti Afrikadan gələn “Kerber” və “Xaron” antisiklonları səbəbindən yaranıb. Cənubi Avropanın sakinləri - İspaniya, İtaliya, Yunanıstan - ən çətin vaxtını yaşayırlar. İyun artıq bütün meteoroloji müşahidələr tarixində ən isti ay olub, lakin iyulda havanın temperaturu yeni rekordlar qıracaq. İspaniyada səhər saatlarında təxminən 30 dərəcə isti, günortaya qədər havanın temperaturu 40-a çatır.

İtalyanlar yaxın bir neçə gündə 2021-ci ilin ümumAvropa rekordunun qırıla biləcəyinə hazırlaşırlar. Həmin vaxt Siciliyada 48,8 dərəcə temperatur qeydə alınıb. Apennin adalarının onlarla şəhərində, o cümlədən Romada termal təhlükənin qırmızı səviyyəsi elan edilib. Yunan adalarında və materikdə yanğınlar davam edir. Afinanın şimalında yaşayan yunanlar “cəhənnəm kimidir” deyirlər.

Bu günlərdə dünyanın digər hissələri də anomal istilərdən əziyyət çəkir - Yaxın Şərqdə, Asiyada, ABŞ-da. Meksika ilə sərhəddə hava əriyir, yerli sakinlər deyirlər ki, onlar "od layları ilə örtülüb". Hətta Meksika-Amerika sərhədindən qeyri-qanuni mühacirlərin axını da səngiyib. Klimatoloqlar etiraf edirlər: qlobal istiləşmə reallığa çevrilib və istilik öz mövqelərini təslim etmək fikrində deyil.

Turan İSMAYIL

22222222222