Rusiya Odessa və Nikolayevi vurdu - çox sayda yaralı var
Bu gün Rusiyanın Ukraynanın liman şəhəri Nikolaevə endirdiyi zərbə nəticəsində azı 18 nəfər yaralanıb.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bunu vilayət qubernatoru Vitali Kim deyib.
Nikolaev şəhərinin mərkəzində üçmərtəbəli yaşayış binası uçub, təcili yardım xidmətləri iki nəfəri dağıntılar altından xilas edib.
Odessa səlahiyyətliləri isə bölgəyə yeni zərbələr endirdiyini bildirib.
Odessa administrasiyasının rəsmisi Sergiy Bratçuk bildirib ki, Odessada binaya ziyan vuran və yanğına səbəb olan hadisədən sonra iki nəfər xəstəxanaya yerləşdirilib.
Turan İSMAYIL