Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar elan etdi
Avstraliya Rusiya və Belarusa qarşı sanksiyaları növbəti dəfə genişləndirib. Siyahıya hər iki ölkənin 10 vətəndaşı və 35 Rusiya təşkilatı daxildir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Penni Vonq bildirib.
Məhdudiyyətlərə məruz qalan şəxslər arasında Rusiyada İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak da var.
Onlarla yanaşı, sanksiya siyahısına baş nazirin müavini Dmitri Çernışenko, “Kalaşnikov” konserninin baş direktoru Vladimir Lepin və “Rusiya Helikopterləri” holdinqinin rəhbəri Nikolay Kolesov da daxildir. Təşkilatlara gəlincə, Vonqun sözlərinə görə, söhbət müdafiə, texnologiya və enerji sektorundakı müəssisələrdən gedir.
"Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiya əsasında qəbul edilən bu qərar Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir”, - Avstraliya XİN rəhbəri bildirib.
Turan İSMAYIL