Bu ölkə işarə dilini rəsmi dil elan etdi

 09:39 20.07.2023     385

Cənubi Afrika Respublikası eşitmə qüsurlu insanların istifadə etdiyi işarə dilini ölkənin 12-ci rəsmi dili elan edib.

Redaktor.az "Ekonomim"ə istinadən xəbər verir ki, bununla bağlı qərarı ölkənin prezidenti Cyril Ramaphosa qəbul edib.

"Biz işarə dilində ünsiyyət quran insanların hüquqlarını genişləndirməyi və cəmiyyətdə onların ləyaqətini yüksəltməyi hədəfləyirik", - deyə Ramaphosa qeyd edib.

Beləliklə, Cənubi Afrika Keniya, Zimbabve və Uqandadan sonra eşitmə qüsurlu insanların istifadə etdiyi işarə dilini rəsmi dil kimi qəbul edən 4-cü Afrika ölkəsi olub. 

Humay İSGƏNDƏRLİ