Belçikalıların 57 faizi monarxiyanın davam etməsini istəyir
Parlament konstitusiya monarxiyası ilə idarə olunan Belçikada media qurumları üçün keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti kralın başçılıq etdiyi monarxiyanın davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Belçika xalqının 57 faizi krallığın ölkədə davam etdirilməsinin tərəfdarıdır.
Qeyd edək ki, 1831-ci ildə əsası qoyulan Belçikada daha simvolik mövqeyə malik olan taxtda Kral Filip oturub. Ölkənin 8-ci kralı olan 63 yaşlı Filip atasının səhhətinə görə 2013-cü ildə taxt-taca oturmuşdu.
Humay İSGƏNDƏRLİ