Rusiyada ən böyük mətbəə hərracda satıldı

 13:08 20.07.2023     267

Moskvada hərrac zamanı Rusiya poliqrafiya müəssisələri arasında ümumi tirajda lider olan Birinci Nümunəvi mətbəə satılıb.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, mətbəəni biznesmen Denis İzbrex alıb.

Dövlət mətbəəsi 4,9 milyard rubla satılıb. Mətbəənin Moskva filialı ilə yanaşı, onun yeddi filialı da alınıb. Müqaviləyə əsasən, alıcı özəlləşdirmədən sonra beş il ərzində müəssisənin profilini dəyişdirə bilməz.

Humay İSGƏNDƏRLİ