Hindistan Putini G20 sammitinə dəvət etdi

 15:33 20.07.2023     263

Hindistan Xarici İşlər Nazirliyi (XİN) sentyabrda Nyu-Dehlidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinin şəxsən iştirakına ümid etdiyini bildirib.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Hindistan XİN-in rəsmi nümayəndəsi Arindam Bağçi brifinqdə bildirib.

O, bildirib ki, sammitdə iştirak üçün dəvətlər G20-nin bütün üzvlərinə göndərilib. O, həmçinin xatırladıb ki, sammit fiziki mövcudluğu nəzərdə tutur.

“Biz burada liderləri G20 Liderlər Zirvəmizdə, sentyabrda keçiriləcək Yeni Dehli Liderlər Sammitində qarşılamağı səbirsizliklə gözləyirik” -deyə Arindam Bağçi bildirib.

Xatırladaq ki, G20 ölkələrinin başçılarının sammiti sentyabrın 9-dan 10-dək Hindistanın paytaxtında keçiriləcək.

Turan İSMAYIL