Ərdoğan Şimali Kiprdə yeni hava limanının açılışını etdi

 16:09 20.07.2023     460

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasında (ŞKTC) yeni Ercan hava limanının açılış mərasimində iştirak edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, yaxın vaxtlarda onun ərazisindən beynəlxalq uçuşların həyata keçiriləcəyinə ümid etdiyini bildirib və adanın Türkiyə hissəsinin təcrid olunmasına son qoymağa çağırıb.

"Yeni terminalın və onun uçuş-enmə zolağının beynəlxalq uçuşlar üçün açıq olacağı günlər uzaqda deyil. Mən Kiprdə gərginliyin olmaması və iki bərabər dövlətin olması üçün çağırışımı bir daha təkrar edirəm", - Ərdoğan bildirib.

Ercan hava limanı ildə təxminən 10 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub. Bütün növ təyyarələri qəbul edə bilər. Layihəyə investisiyalar 400 milyon avronu ötüb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən