Kosmetoloqa gedən qadın keyidici iynədən öldü
Dağıstanın Mahaçqala şəhər sakini evdə keyidici preparatın vurulmasından sonra estetik prosedur zamanı vəfat edib.
Redaktor.az "Komsomolskaya pravda" nəşrinə istinadla xəbər verir ki, bu barədə iyulun 20-də Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər şey ötən gecə, iyulun 19-da 22 yaşlı qızın evdə kosmetik prosedurlar həyata keçirən rəfiqəsinin yanına gedəndə baş verib.
"Anestezik dərman qəbul edildikdən sonra o, yerindəcə vəfat edib", - istintaqın açıqlamasında deyilir.
Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib və hadisənin şəraiti araşdırılır.
Həmidə İBRAHİMLİ