Yaponiyada cinayətlərin sayı artıb

 17:27 20.07.2023     320

Yaponiyada 2023-cü ilin ilk yarısında cinayət sayı keçən ilə nisbətən 21% artıb.

Redaktor.az "Anandolu" agentliyinə istinadən xəbər verir ki, Yaponiyada ilin ilk yarısında qeydə alınan cinayət sayı 333 mindir.

Cinayət sayı bir əvvəllə nisbətən 21,1% artıb. Hesabata görə, adam öldürmə kimi ağır cinayətlərdə 5 min 137 faktla 16,5% artım, oğurluq və hədə-qorxu ilə tələb etmə kateqoriyasında isə 228 min 889 faktla 23,8% artım qeydə alınıb.

Humay İSGƏNDƏRLİ