Putin separatçıların prokuroruna "Şücaət" ordeni verdi

 17:58 20.07.2023     258

Rusiyanın işğalı altında olan Ukraynanın Luqansk vilayətinin prokuroru Qleb Mixaylov təltif edilib.

Redaktor.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müvafiq sərəncamı hüquqi məlumatların internet portalında dərc edilib.

“Həyat üçün təhlükə yaradan şəraitdə xidməti borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə "Luqansk Xalq Respublikası"nın prokuroru Qleb Leonidoviç Mixaylov “Şücaət” ordeni ilə təltif edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, Mixaylov 2022-ci il dekabrın 29-da Rusiya Federasiyası Prezidentinin sərəncamı ilə prokuror təyin edilib.

Turan İSMAYIL