BMT taxıl sazişinə görə toplanır

 20:26 20.07.2023     248

BMT Təhlükəsizlik Şurası iyulun 21-də Rusiyanın taxıl sazişində iştirakını dayandırması ilə bağlı iclas keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniyanın daimi nümayəndəliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq iclas Qərb ölkələrinin təşəbbüsü ilə keçiriləcək.

Qeyd edək ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.

Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.