"Bir britaniyalı olsaydım, utanardım" - Peskov

 20:46 20.07.2023     325

İngilislər “Artek” uşaq mərkəzinə qarşı tətbiq edilən sanksiyalara görə utanmalıdırlar.

Redaktor.az xəbər verir ki, bu fikri TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Düzünü desəm, son vaxtlar məni heyrətə gətirən Böyük Britaniyanın Artek-ə qarşı sanksiyalarıdır. Bu, dəliliyin zirvəsidir!" - Kremlin nümayəndəsi bildirib. "Və yəqin ki, mən britaniyalı olsaydım, utanardım", - Peskov əlavə edib.

Xatırladaq ki, bu həftənin əvvəlində Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının 13 vətəndaşına və Krımdakı “Artek” Beynəlxalq Uşaq Mərkəzinə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən