Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin binasından yıxılaraq öldü

 21:39 20.07.2023     242

Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin iqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə baş idarəsinin yerləşdiyi binanın beşinci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölən şəxs narkotik vasitə qaçaqmalçılığına görə saxlanılıb. İstintaq başa çatdıqdan sonra o, pəncərədən yıxılıb.

İdarədən bildiriblər ki, hadisənin başvermə şəraitinin öyrənilməsi üçün bütün lazımi tədbirlər görülür.