Fransa hökumətinin yeni TƏRKİBİ

 21:51 20.07.2023     242

Fransa hökumətinin yeni tərkibi açıqlanıb.

Redaktor.az xəbər verir ki, Elizabet Born Fransa Baş naziri vəzifəsində qalıb.

Yeni hökumət əvvəlkindən çoxda fərqlənmir. Səhiyyə və təhsil nazirləri, sosial və həmrəylik üzrə dövlət katibi vəzifələrinə yeni təyinatlar olub. Hökumətin digər üzvləri öz funksiyalarını davam edəcəklər.

İyulun 21-də Prezident Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında yeni hökumətin üzvləri ilə ilk iclasın keçiriləcəyi gözlənilir.