ABŞ Ukraynanın kasetli bombalardan istifadəsini təsdiq etdi
Ukrayna son 7 gün ərzində ABŞ-ın verdiyi kassetli sursatlardan istifadə etməyə başlayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə iyulun 20-də jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin artıq Vaşinqton tərəfindən tədarük edilən kaset sursatlarından istifadə etməyə başlayıbmı sualına müsbət cavab verib.
"Biz onları mümkün qədər tez ora çatdırdıq. Deyərdim ki, bu, təxminən bir həftə əvvəl baş verib", - deyə Kribi bildirib.
Turan İSMAYIL