Yanğınsöndürən helikopter yerə çırpıldı - pilot öldü

 22:38 20.07.2023     297

Kanadada yanğınsöndürən helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb.

Readktor.az xəbər verir ki, bu barədə CBC telekanalı Kanada Nəqliyyatın Təhlükəsizliyi Şurasına istinadən məlumat yayıb.

"Helikopter yanğınsöndürmə əməliyyatı zamanı yerə çırpılıb" - deyə şuradan bildirilib.

CBC qeyd edir ki, bununla da 2023-cü ildə Kanadada meşə yanğınları ilə mübarizə apararkən ölən pilotların sayı 3-ə yüksəlib.

Qeyd edək ki, Kanadanın fövqəladə hallara hazırlıq naziri Uilyam Bleyer ötən həftə ölkədə 900-ə yaxın aktiv yanğının olduğunu və bunların yarısının hələ nəzarət altına alınmadığını bildirib. Ən çox yanğın Alberta, Britaniya Kolumbiyası, Kvebek və Ontario əyalətlərində qeydə alınıb. Nazir cari meşə yanğınları mövsümünü Kanada tarixinin ən pis mövsümü adlandırıb.

Turan İSMAYIL