Məhkəmə Lenin məqbərəsini yandıran şəxsi həbs etdi

 22:54 20.07.2023     273

Moskvanın Taqanski Rayon Məhkəməsi Lenin məqbərəsini yandırmağa cəhd edən Konstantin Starçukovun həbsi barədə qərar qəbul edib.

Redaktor.az news.ru-ya istinadla xəbər verir ki, həmin şəxs iyulun 17-də məqbərəyə tərəf molotov kokteyli atarkən saxlanılıb.

İyulun 20-də Moskvanın Taqanski Rayon Məhkəməsi cinayəti törətməkdə təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətini təmin edib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq Starçukov Konstantin Stanislavoviç iki ay müddətinə, yəni sentyabrın 18-dək həbsdə qalacaq.

Bundan əvvəl Starçukovun həbs zamanı polisə müqavimət göstərdiyi bildirilirdi. Məlumata görə, o, qeyri-adekvat vəziyyətdə olub.

Turan İSMAYIL