Türkiyə XİN İsveçdə Quranın təhqir olunmasını PİSLƏDİ

 23:02 20.07.2023     274

“Biz müqəddəs kitabımız Qurana qarşı bu gün (20 iyul) Stokholmdakı İraq səfirliyi qarşısında törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz İsveçdən beynəlxalq öhdəlikləri, xüsusilə BMT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Avropa Şurasındakı öhdəlikləri çərçivəsində İslam dininə və milyardlarla dindarlara qarşı nifrət cinayətinin qarşısını almaq üçün çəkindirici tədbirlər görməsini gözləyirik.

Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır”, - deyə rəsmi Ankara bəyan edib.

Turan İSMAYIL