Pentaqondan "Vaqner"lə bağlı açıqlama

 23:18 20.07.2023     351

ABŞ Rusiyanın "Vaqner" xüsusi hərbi şirkətinin qüvvələrinin Belarusa köçürülməsi ilə əlaqədar Şərqi Avropada qoşunlarını artırmır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bu gün jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"NATO-nun şərq cinahında qoşunların hər hansı bir yerdəyişməsi və ya qoşunlarımızın yerinin dəyişdirilməsi barədə heç bir açıqlama yoxdur” - ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Belarus Silahlı Qüvvələrinin “Vaqner” dəstələri ilə birgə təlimə başlamasını şərh edərkən bildirib.

Xatırladaq ki, Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin bir müddət əvvəl elan etdiyi kimi, respublikanın xüsusi əməliyyat qüvvələri "Vaqner" döyüşçüləri ilə birlikdə Belarus-Polşa sərhədi yaxınlığında yerləşən Brestski poliqonunda bir sıra döyüş hazırlığı tapşırığı hazırlayacaq. Bundan əvvəl Belarus Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinin Mogilev vilayətinin Osipoviç şəhəri yaxınlığında Belarus ərazi qüvvələrinin hərbi personalının təlimində iştirak etdiyini bildirmişdi. 

Turan İSMAYIL