Moskva ərazisinə 2 PUA düşdü
Rusiyanın paytaxtı Moskva şəhərinin Voronovskoye qəsəbəsi ərazisinə iki pilotsuz uçuş aparatı (PUA) düşüb.
Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, onlardan biri uşaq mərkəzinin damına, ikincisi isə Əlillərin və Müharibə Veteranlarının Bərpa Mərkəzinin ərazisinə uçub.
Bildirilib ki, orada istirahət edən bütün uşaqlar - hər biri 40 nəfərdən ibarət iki qrup uşaq mərkəzindən təxliyə edilib. Ərazi mühasirəyə alınıb, bomba mütəxəssisləri hadisə yerinə yollanıb.
Bundan əvvəl iki kamerası olan narıncı paraşütdə olan PUA Moskvada fəaliyyətsiz Kosino istixana kompleksinin ərazisindəki dağılmış istixanaya düşüb. İki kamera ilə təchiz edilmiş qanadlarının açıqlığı təxminən 3 metr olan PUA yerli sakin tərəfindən aşkar edilib.
Bundan əvvəl media Ryazan vilayətindəki aerodromda “partlayış izləri”nin tapılması barədə məlumat yayıb.
Turan İSMAYIL