Fələstin və İsrail liderləri Türkiyəyə gedir
Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə səfər edəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Ərdoğanın dəvəti ilə ölkəmizə gələcək liderlər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar", - açıqlamada deyilir.
Abbasın səfəri iyulun 25-də, Netanyahunun isə iyulun 28-də Türkiyəyə səfər edəcək.