Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edildi

 01:37 21.07.2023     314

Ukraynanın Rusiya tərəfindən işğal altında olan Krım körpüsündə nəqliyyatın hərəkəti hava reyd siqnalına görə qısamüddətli bağlandıqdan sonra bərpa edilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Krımdakı Rusiya rejiminin operativ qərargahının teleqram kanalı xəbər verib.

Qeyd edək ki, iyulun 20-si axşam saatlarında operativ qərargahın Telegram kanalı Krım körpüsünün müvəqqəti bağlanması və hər kəsə körpünü tərk etməyi əmr edən hava hücumu siqnalı barədə məlumat yayıb.

Xatırladaq ki, bazar ertəsi gecə Ukraynaya məxsus iki pilotsuz təyyarə Krım körpüsünə hücum edib. Hücum nəticəsində körpüdə iki nəfər ölüb, azyaşlı qız isə yaralanıb. PUA hücumu zamanı körpünün avtomobil hissəsindəki yol yatağı zədələnib.

Yarımadadan Krıma avtomobil nəqliyyatı axınının bir hissəsi yeni bölgələr vasitəsilə quru dəhlizi ilə, bir hissəsi isə əks hərəkət sxeminə uyğun olaraq zədələnmiş Krım körpüsü ilə yönəldilir.

Turan İSMAYIL