Bayden səhnədən çıxış yolu tapmadı

 08:50 21.07.2023     237

Ötən gün ABŞ Prezidenti Co Bayden Filadelfiyadakı çıxışından sonra səhnədən çıxış yolu tapmayıb.

Redaktor.az xəbər verir ki, görüntülər Amerikanın C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Qeyd olunub ki, ABŞ rəhbəri öz administrasiyasının iqtisadi siyasəti ilə bağlı çıxış edib. Bundan sonra o, dərhal səhnədən çıxış yolu tapa bilməyib. Bayden əks istiqamətdə bir neçə addım atıb, sonra köməkçi əli onu düzgün istiqamətə göstərib və prezident kürsüdən enib. 

Qeyd edək ki, 80 yaşlı Bayden tez-tez bu cür vəziyyətlərə düşür.

Turan İSMAYIL